Türklər ümidləri doğrultmadı VİDEO

30.10.2015 | 3172 dəfə oxunub

Basketbol üzrə Avropa Liqasının 3-cü turunun oyunları keçirilib.

Stadium.az xəbər verir ki, bu tur Türkiyə klubları üçün uğursuz alınıb. "Anadolu" klubu Xorvatiyanın "Kedevita Zaqreb"i ilə qarşılaşıb. "Anadolu" oyunun favoriti sayılsa da, gözlənilənlərin əksi baş verib. Oyuna yaxşı başlayan "Anadolu" klubu 3-cü və 4-cü hissələrdə təşəbbüsü əldən verərək, sonda 75:81 hesabı ilə məğlub olub.

"Anadolu" - "Kedevita Zaqreb" oyunu

Digər Türkiyə təmsilçisi "Karşıyaka" güclü "Zalqris Kaunas" klubunu qəbul edib.  İlk dəfə mötəbər turnirdə iştirqak edən İzmir klubu litvalılara layiqli müqavimət göstərsə də, sonda iki xal fərqi ilə meydandan boynu bükük ayrılıb ( 66-68).

"Karşıyaka" - "Zalqris Kaunas" oyunu

"Karşıyaka" - "Zalqris Kaunas" oyunu  Bu qrupun digər qarşılaşmasında turnirin iki qat qalibi "Barselona" və 6 dəfə çempionluğa yiyələnmiş "Panatinaykos" klubları üz-üzə gəlib. Oyun katalonların 77-52 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Panatinaykos" oyunu  "D" qrupunda da iki görüş baş tutub. Keçirdiyi iki görüşdə qələbə qazanmağı bacaran "CSKA Moskva" "Brose Baskets"ə də heç bir şans verməyib. 83-77 hesablı qələbə qazanan Rusiya təmsilçisi maksimum nəticəylə turnir cədvəlinə başçılıq edir.   Turnirin 6 qat qalibi "Makkabi Tel Aviv" nəhayət ki, ona bəslənilən ümidləri doğruldub. İsrail klubu zəif "Sassari" ilə ilk hissədə çətinlik yaşasa da, sonda təcrübə öz sözünü deyib. 79-63 hesablı nəticə Tel Əviv klubuna üçüncü görüşdə ilk dəfə qələbə sevinci yaşadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail