"Qəbələ"nin futbolçusu 100-cü oyununa çıxır

31.10.2015 | 2180 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Samir Zərgərov “qırmızı-qara” formada 100-cü oyununu keçirəcək.
 
Stadium.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının “Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.

2006-2009-cu illərdə “Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında komandamıza qayıdan Zərgərov indiyədək 99 matçda “qırmızı-qaralar”ın sıralarında olub. O, bu oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.

Samir klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olublar. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birlikdə 4-cü göstəriciyə malik Zərgərovun hesabında 12 qol var. 

Yarımmüdafiəçi klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.

“Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Samir kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Xatırladaq ki, yarımmüdafiəçi komandamızda ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. O, “qırmızı-qaralar” Premyer Liqada keçirdiyi ilk qarşılaşmada “İnter”ə qarşı 90 dəqiqə forma geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail