Şahmatçılarımız Yunanıstanda dünya çempionatında mübarizəni davam etdirirlər

31.10.2015 | 2289 dəfə oxunub

Yunanıstanın Halkidiki şəhərində keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında beşinci turun oyunları yekunlaşıb.


Stadium.az xəbər verir ki, beşinci turda 8 yaşadək qızların çempionatında mübarizə aparan Azərbaycan təmsilçisi Səmra Qasımova Hindistan şahmatçısı Şri Savithaya məğlub olaraq 3,5 xalla 10-cu yerdə qərarlaşıb. Eyni yaşlı oğlanların yarışında Read Səmədov polşalı Bartoz Fiszer ilə sülh bağlayıb. O, xallarının sayını 4-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Gövhər Beydullayeva isə 12 yaşadək qızların mübarizəsində 4 xal toplayaraq 5-14-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 7-ci yerdədir.

Çempionatda 12 yaşadək oğlanların yarışında həmyerlimiz Məhəmməd Muradlı 4,5 xalla üçüncü pillədədir. On altı yaşlı qızların çempionatında mübarizə aparan Xanım Balacayeva 4-15-ci yerləri bölüşdürür. Aytən Əmrayeva isə 3 xalla 17-ci pillədə qərarlaşıb.

Turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail