Güləşçilərimiz Avropa Millətlər Kuboku uğrunda yarışacaq

02.11.2015 | 3206 dəfə oxunub

6-8 noyabr 2015-ci il tarixdə Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. Stadium.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Almaniya yığmaları iştirak edəcək.


Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 25 güləşçi qoruyacaq. 


İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb. Qadın güləşçilərin yarışında noyabrın 6-da qrup görüşləri, 7-də isə final görüşləri olacaq. Yığmamız Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq. 


Sərbəst güləş yığmamız Moskvada məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb. 


Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 9 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək. 


Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, 8-də isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları ilə, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq. 


Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçiriləcək. 


Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail