Avropa komanda çempionatında iştirak edəcək yığmalarımızın heyəti məlum olub

03.11.2015 | 2651 dəfə oxunub

Noyabrın 12-22-dək İslandiyanın paytaxtı Reykyavikdə kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatları keçiriləcək. 36 komandanın iştirak edəcəyi turnirlərin hər ikisi İsveçrə sistemi üzrə təşkil ediləcək və 9 turdan ibarət olacaq.

Stadium.az xəbər verir ki, hər komandaya 4 əsas və 1 ehtiyat oyunçu daxildir.

Azərbaycanın kişilərdən ibarət yığma komandasının (Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli) baş məşqçisi Aleksandr Xalifmandır.

Fikrət Südeyifzadənin baş məşqçi olduğu qadınlardan ibarət yığma komandada isə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımova çıxış edəcəklər.

Elo reytinqinə görə turnirin favoriti Rusiya yığmasıdır. Reytinq üzrə ikinci yeri Ukrayna, üçüncü yeri Azərbaycan komandası tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail