Qurbanovun "Gurbanov" yazılmasına etiraz

03.11.2015 | 3011 dəfə oxunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edəcək. 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya deyib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil: “Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil”.

Q.Məhərrəmli qeyd edib ki, ölkədə Azərbaycan dili 22 sahədə tətbiq olunur: “Bununla bağlı məsələ qaldırılacaq. Qurban Qurbanov Ukraynada mətbuat konfransında Azərbaycan dilinə danışmışdı. Bu çox yaxşı hal idi. Biz İnstitut adından ona məktub da göndərmişdik. Bu məsələni diqqətdə saxlayacağıq”.   

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”nin formasında “Qurbanov” soyadı “Gurbanov”, “Xəzər Lənkəran”ın formasında “Elşən” adı “Elshan” kimi yazılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail