Azər Məmmədov: “Elə mən də Əlinin bu uğuruna sevinirəm”

03.11.2015 | 2672 dəfə oxunub

“Kəpəz”in Topaz Premyer Liqasında və əvəzedicilərin ölkə birinciliyində uğurlu çıxışı futbolçuların müxtəlif yaş qrupları üzrə yığma komandalara yolunu açır.

Ötən aylarda klubun əsas heyətinin üzvləri A milli və gənclər yığmasına dəvət almışdısa, bu dəfə əvəzedicilərin futbolçusu Əli Səmədov oyunu ilə U-19 komandasının məşqçilər korpusunun diqqətini çəkib. Səmədov noyabrın 2-dən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət alıb. Əli daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb.  

Yetirməsinin milliyə dəvəti haqda əvəzedici heyətin baş məşqçisi Azər Məmmədov kapazpfc.az-a fikirlərini bölüşüb: “Elə mən də Əlinin bu uğuruna sevinirəm. Arzu edirəm ki, yığmada möhkəmlənib oynasın. Yeni yaranmış komandadan bir oyunçunun yığmaya çağırılması yaxşı haldır. Milli ilə yanaşı, istərdim ki, əvəzedicilərdən “Kəpəz”in əsas komandasına da uşaqlarımız getsin. Namizədlər var, amma nə vaxt gedib ilk “11-lik”də yer alacaqlar, bax, onda lap çox sevinəcəyəm”.

“Kəpəz”in sıralarından sonuncu dəfə 19 yaşlıların Azərbaycan yığmasına futbolçunun çağırılmasından uzun zaman keçib. Bu mənada Əli Səmədov həsrətə son qoyub.

Qeyd edək ki, 19 yaşlıların paytaxtda toplanış keçməsi Avropa Çempionatının ilkin seçmə mərhələsinin oyunları ilə bağlıdı. Futbolçularımız noyabrın 10-u, 12-i və 15-də Bayıl stadionunda müvafiq olaraq Ukrayna, Türkiyə, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail