"Federasiya, baş məşqçim olmasaydı, bu nəticələr də olmazdı"

04.11.2015 | 2315 dəfə oxunub

“Azərbaycan gimnastikası dünya səviyyəsinə çıxır və bizdən qorxmağa, bizimlə hesablaşmağa başlayırlar”. Bunu jurnalistlərə Azərbaycan gimnastı, idman gimnastikası üzrə Dünya Çempionatının bürünc mükafatçısı Oleq Stepko deyib.

 

Onun sözlərinə görə, Azərbaycan gimnastlarının cari il göstərdikləri nəticələr bu iddianın ən yaxşı təsdiqidir.

Xatırladaq ki, O.Stepko Qlazqoda keçirilən Dünya Çempionatında paralel qollar üzrə yarışın finalında 15,966 bal toplayaraq bürünc medal qazanıb və Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Stadium.az xəbər verir ki, Stepko çıxışını belə dəyərləndirib:

"Qeyd etmək istəyirəm ki, ildən-ilə rəqabət artır. Əgər ötən il Dünya Çempionatında 16 bal toplayan gimnast birinci yeri tuturdusa, bu il artıq ilk üç gimnast 16 bal toplayıb. Gimnastikanın səviyyəsi artır, yüksək hazırlıq səviyyəsini göstərən çoxlu yeni maraqlı gimnastlar yetişir. Məsələn, götürək çıxışını daha əvvəl yalnız Panamerikan Oyunlarında gördüyüm Kuba təmsilçisini. Artıq o, Dünya Çempionatının ilk üçlüyündədir. Asan olacağını gözləmirdim, çünki bu, Olimpiadaya ən son seçimdir”.

Gimnast vurğulayıb ki, 2016-cı ilin fevralında Bakıda “Challlenge Cup” seriyalı idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək və vəzifələrimdən biri bu yarışa hazırlaşmaqdır:

“Bu çox nüfuzlu turnirdir, bizim üçün ev turniri olduğunu da nəzərə almaq lazımdır. Buna görə də hazırda bu turnirə hazırlıq prioritetdir. Bundan başqa, Olimpiadanı unutmaq olmaz. Bu bizim üçün çox vacibdir və maksimum nəticələr göstərməyə çalışacağıq”.

Gimnastın sözlərinə görə, ümumilikdə ili uğurlu, lakin eyni zamanda çox ağır və gərgin hesab etmək olar: “İl təkcə mənim üçün deyil, həm də bütün gimnastika federasiyası üçün ağır oldu. Əgər federasiya, baş məşqçim olmasaydı, bu nəticələr də olmazdı. Bundan sonra işləməyə və Azərbaycanda gimnastikanın səviyyəsini yüksəltməyə çalışacağıq”.

İdman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Pavel Netreba vurğulayıb ki, Stepkonun nəticələrindən razı qalıb:

“Hesab edirəm ki, o layiqincə çıxış etdi. Dünya Çempionatı olduqca çətin yarışdır. Burada bütün ölkələrin ən güclü gimnastları iştirak edirlər. Qeyd etmək istəyirəm ki, Oleq ikinci yerdən cəmi 0,1 bal geridə qaldı, bu isə çox kiçik göstəricidir. Buna görə də o, ikinci və birinci yer uğrunda da mübarizə apara bilərdi. Fikrimcə, gələcəkdə bu da olacaq”.

Ümumilikdə bu günədək Azərbaycan 2016-cı il Rio-de-Janeyro Olimpiadasına 22 lisenziya qazanıb.

O.Stepkodan başqa, yüngül atletlər Dmitri və Anna Skidan, boksçular Albert Səlimov (60 kq), Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırov (69 kq), avarçəkənlər İnna Osipenko-Radomskaya (iki növdə), Valentin Demyanenko, Aleksandr Aleksandrov-Boris Yotov dueti, Yure Meqliç, yunan-Roma güləşçiləri Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Maqomedhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Maqomedov (125 kq) və gimnast Marina Durunda olimpiya lisenziyaları əldə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail