Vaqif Cavadov 198-ci oldu

04.11.2015 | 2593 dəfə oxunub

Premyer Liqanın XI turunda keçirilən AZAL-la oyun "Qəbələ"nin futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. 26 yaşlı hücumçu “Qəbələ”də rəsmi debütünü gerçəkləşdirib.

 

Stadium.az xəbər verir ki, bunadək klubun əvəzedici heyətində forma geyinən Vaqif əsas komandanın tarixinə 198-ci futbolçusu kimi düşüb. Bunlardan 106-sı yerli, 92-i əcnəbi futbolçu olub. “Xəzər Lənkəran”dan bu ilin sonunadək icarəyə götürülən Cavadov “Qəbələ”nin milli çempionatda debüt edən 181-ci futbolçusu olub.

Bu mövsüm komandaya gələn futbolçulardan yalnız Vüqar Nadirov hələ ki debüt etməyib. Rumıniyalı yarımmüdafiəçi George Floresku isə bunu Premyer Liqada yox, Avropa Liqasında gerçəkləşdirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail