Cinayətkarlıq şöbəsi federasiyada axtarış apardı

05.11.2015 | 2183 dəfə oxunub

Noyabrın 3-də Almaniya Vergilər İdarəsi və prokurorluğun iqtisadi cinayətkarlıq üzrə şöbəsi Frankfurt şəhərində yerləşən bu ölkənin Futbol Federasiyasının baş qərargahında (AFİ) birgə axtarış aparıblar.

 

Stadium.az xəbər verir ki, əməliyyat-axtarış tədbiri paralel olaraq Federasiya rəhbərliyinin evlərində də aparılıb. Onların arasında qurumun hazırki prezidenti Volfqanq Nirsbax və onun sələfi Teo Çvançigerin də evi yer alır. Əməliyyat zamanı müxtəlif sənədlər, kompyuter və ağır disklər müsadirə edilib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, ali futbol qurumu 2005-ci ildə mədəni tədbirin təşkili üçün 6,7 milyon avro pul xərcləyib. Məbləğ istehsalata xərclənən vəsait kimi qeydiyyata alınsa da, vergidə kəsir meydana çıxıb. Bu azmış kimi bütün bu vəsait ayrı məqsədlər üçün sərf olunub. Hazırda vergi əməkdaşları və əməliyyatçılar qeyb olan 6,7 milyon avronu axtarırlar.

Bir müddət əvvəl Almaniya Futbol Federasiyası israr edirdi ki, bu vəsait dünya çempionatının bu ölkədə keçirilməsi üçün FİFA-nin hesabına köçürülüb. Əgər ələ keçən məlumatlarda məbləğə dair əsaslı və qaranlıq dəlillər aşkarlanarsa, onda AFİ rəhbərlərini uzun müddətli məhbus həyatı gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail