"Bizimlə ciddi rəqabətə girəcək komanda azdı"

05.11.2015 | 1374 dəfə oxunub

AFFA-nın uşaq və yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda Azərbaycan birinciliyinə start verilib. Müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda "Qəbələ" Futbol Akademiyasının 9 komandası mübarizə aparır.

 

Xaqani Məmmədovun başçılıq etdiyi "Qəbələ"nin U-15 komandası keçirdiyi 8 oyunun hamısını qələbəylə başa vurub. "Qırmızı-qaralar" 24 xalla turnir cədvəlində birinci, komandanın üzvü Məhəmməd Məhərrəmov isə 10 qolla "İnter"li Ceyhun Nuriyevlə birgə çempionatın bombardiridi. Yeri gəlmişkən, Məmmədov ötən mövsüm də bu kollektivi çalışdırırdı və yetirmələri ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında gümüş medallara sahib çıxmışdı. Gənc mütəxəssis "Qəbələ İK" qəzetinə müsahibə verib.

 

Stadium.az həmin müsahibəni təqdim edir:

 

- İkinci mövsümdü eyni komandaya başçılıq edirsiz. Yəqin ki, yaxşı tanıdığınız kollektivlə işləmək rahatdı.

- Əlbəttə, komandamın güclü və zəif cəhətlərini çox yaxşı bilir və işimi buna uyğun qururam. Güclü cəhətlər bəllidi. Odu ki, hazırda çatışmayan cəhətləri aradan qaldırmaq üçün çalışırıq. Məşqlərdə nəyin üzərində işləməli olduğumuzu yaxşı bilirik. Eyni zamanda əksər futbolçular mənim futbol fəlsəfəmə bələddi. Buna görə də, bir jestimlə meydançada onlardan nə istədiyimi yaxşı başa düşür və onu icra edirlər.

 

- Görünür, həm də buna görədi ki, "Qəbələ" hazırda çempionatın lideridi.

- Elədi. Yetirmələrimə həmişə qələbə ruhunu aşılayıram. Hər oyundan əvvəl maksimum nəticə qazanmağa köklənir və meydançaya qələbə üçün çıxırıq.

 

- Elə ideyanız olubmu ki, ötən mövsüm reallaşdıra bilməmisiz?

- Bəli. Əvvəlcədən düşündüyüm bır sıra ideyalar vardı ki, vaxt çatışmazlığından onları gerçəkləşdirə bilməmışdım. İstəklərimi həyata keçirmək üçün mənə 1 mövsüm kifayət etməmişdi. Bu baxımdan keçmiş komandamın yeni mövsümdə də mənə tapşırılması çox yaxşı oldu. Bu mənə imkan verəcək ki, kollektivi görmək istədiyim səviyyəyə çatdırım.

 

- Dediniz ki, yetirmələriniz sizin onlardan nə istədiyinizi yaxşı bilirlər. Bəs, şərait və futbolçuların hazırlıq səviyyəsi ideyalarınızı
tam həyata keçirməyə imkan verirmi?

- Əlbəttə. "Qəbələ" Futbol Akademiyası Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən qabaqcıl təsisatdı. Burda peşəkar futbolçu
yetişdirmək üçün bütün imkanlar var. Akademiyada hər bir məşqçi istədiyi ideyanı gerçəkləşdirə bilər. Doğrudu, yetirmələrim hələ gəncdilər. Bununla belə, qeyd edim ki, Azərbaycanda 2000-2001 doğumlu ən yaxşı futbolçuların əksəriyyəti mənim komandamda toplaşıb. Onlar hazırlıq səviyyəsinə və potensiallarına görə, yaşıdlarından daha yaxşı təsir bağışlayırlar.

 

- Ötənilki heyətlə indiki arasında nə kimi fərq var? Komandaya yeni futbolçular cəlb edilibmi?

- Əlbəttə. Tələblərə cavab verməyən, öz üzərində işləməyən və inkişafdan geri qalan futbolçular akademiyadan kənarlaşdırlıb. Ötənilki heyətdə zəif mövqelərimiz vardı. Hücum, orta, eləcə də arxa xəttdə bəzi futbolçular istəyimizə uyğun səviyyədə oynamırdılar. Ümidləri doğrultmayanları kənarlaşdırdıq və əvəzində daha sürətli, fiziki cəhətdən güclü və gələcək vəd futbolçular aldıq. Dayaq müdafiəçisi mövqeyinə Cavidan Rəhimlini, mərkəzə Cavid Vəlizadəni, sağ cinah hücumçusu mövqeyinə Əli Mürsəlovu, sırf hücumçu mövqeyinə Xəlil Bəşirovu, sağ cinah müdafiəçi mövqeyinə Nicat Əliyevi gətirdik.

 

- Ötən il bu komanda ilə Azərbaycan kubokunu qazandınız, çempionatda ikinci olduz. Builki məqsəd nədi?

- Akademiya olaraq məqsəd "Qəbələ"nin əsas heyəti və milli komandalar üçün futbolçu yetişdirməkdi. Nəticələrə gəlincə, əlbəttə ki, ötənilki nəticələri yaxşılaşdırmağa çalışırıq. Bundan başqa, gələn il keçiriləcək beynəlxalq "Gabala Cup" turnirində uğurla çıxış etmək istəyirik.

 

- Builki çempionatda "Qəbələ"nin əsas rəqibləri hansı komandalardı?

- Təəssüf ki, bizimlə ciddi rəqabətə girəcək komanda azdı. Qeyd etdiyim kimi, bu yaş kateqoriyasında ən istedadlı futbolçuların əksəriyyəti bizim komandada toplaşıb. Həm heyət, həm də hazırlıq üçün yaradılan şərait baxımından "Qəbələ" digər kollektivlərdən bir baş üstündü. Bununla belə, düşünürəm ki, "İnter" və "Neftçi" komandaları çempionluq uğrunda mübarizədə bizə ciddi müqavimət göstərəcəklər. Qeyd edim ki, 5-ci turda "Neftçi"yə qalib gəlmişik. Qarşıdakı turlarda "İnter"i də sınağa çəkəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ