Azərbaycan 6 ildən sonra K-1 versiyasında qızıl medal qazandı

05.11.2015 | 2565 dəfə oxunub

Kikboksinq üzrə iki ildən bir keçirilən dünya çempionatının qızıl medalı bundan əvvəl Azərbaycana 2009-cu ildə nəsib olub.

Stadium.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparan Azərbaycan millisinin baş məşqçisi Elşən Əbdülrəhmanov deyib.

Yetirmələrinin 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmasından danışan E.Əbdülrəhmanov bildirib ki, Azərbaycan idmançıları 6 ildir bu versiyada qızıl medal qazana bilmirdilər: “Sevindirici haldır ki, idmançılarımız 7 medalla qayıtdılar. 24 idmançımızın hamısı qənaətbəxş çıxış etdi. Beş idmançımız yarımfinala çıxışda rəqiblərinə bərabər döyüşlərdə məğlub oldular. Qızıl medalı Elşad Ələsgərov qazandı. Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov “kiklayt” növü üzrə yarışda gümüş medala layiq görüldü”.

Dünya çempionu Elşad Ələsgərov isə kikboksinqin K-1 versiyası üzrə dünya çempionatında Azərbaycandan heç kimin qızıl medal qazanmadığını və bu nailiyyətdə tarix yazdığını bildirib. O, özündən daha güclü rəqiblərlə döyüşməsinə baxmayaraq, qızıl medal qazandığına görə sevindiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan kikboksçuları arasında fəxri kürsünün ən yüksək pilləsinə 54 kq çəkidə mübarizə aparan Elşad Ələsgərov qalxıb. O, K-1 növü üzrə döyüşlərdə qızıl medala layiq görülüb. Ramal Aslanov (61 kq, loukik), Anar Məmmədov (91 kq, K-1) və Ehram Məcidov (94 kq-dan yuxarı, kiklayt) gümüş medal qazanıblar. Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik) və Zöhrab Əzimov (60 kq, loukik) isə bürünc medalla kifayətləniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail