Yeniyetmə güləşçilər komanda yarışlarına çıxacaqlar

06.11.2015 | 2287 dəfə oxunub

Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında “Gələcəyin olimpiyaçıları” komanda yarışları keçiriləcək.

Stadium.az xəbər verir ki, yarış noyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında başlanacaq.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Komanda xarakteri daşıyan yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 çəki dərəcələrində keçiriləcək.

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst güləş, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.

Proqrama əsasən, noyabrın 12-də sərbəst, noyabrın 13-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.

Noyabrın 13-dək davam edən yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail