1269 gün sonra “Qəbələ” Murad Hüseynovla Premyer Liqada ilk avtoqola üzüldü

03.10.2011 | 6302 dəfə oxunub

Premyer Liqasının VIII turu “Qəbələ” üçün uğursuz alındı. Stadium.az xəbər verir ki, “Rəvan”la ev oyundakı məğlubiyyət həm də avtoqolla əlamətdar oldu.

Belə ki, “Qəbələ”nin 2:3 hesablı məğlubiyyətində Murad Hüseynovun öz qapısına qol vurması da rol oynayıb. Bu isə klubda Premyer Liqa tarixində ilk belə hadisədir. 6-cı mövsümdür elitada çıxış edən “Qəbələ”nin futbolçuları heç vaxt öz qapısına qol vurmamışdı.

Premyer Liqada ilk avtoqoluna üzülən qəbələlilərin ümumi tarixində isə daha 2 belə uğursuzluq var. Bunların 1-i birinci dəstə, digəri ölkə kubokuna aiddir.

Komandanın yarandığı və hələ “Gilan” adı altında çıxış etdiyi 2005/06 mövsümündə Oleq Osadçı ilk uğursuz olmuşdu. O, 2005-ci il dekabrın 21-də keçirilən birinci dəstənin 15-ci turunun “Şahdağ-2” ilə səfər oyununda antiqəhrəmana çevrilmişdi. Həmin görüş isə 2:2 hesabı ilə nəticələnmişdi.

“Qəbələ”nin növbəti – 2-ci avtoqolu isə 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt artıq Premyer Liqada, indiki adı altında çıxış edən klubumuz Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda öz qapısına vurulan qola məyus olub. “Xəzər Lənkəran”la görüşdə İrakli Vaşakidze qapıları səhv salıb. Gürcü legioner uğursuzluğa Qəbələdəki ev oyununda düçar olub. Həmin matç 2008-ci il aprelin 9-da keçirilmişdi. Və həmin hadisədən 1269 gün sonra “Qəbələ” Murad Hüseynovun ifasında tarixdə 3-cü, Premyer Liqada ilk avtoqola üzüldü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail