Qadın güləşçilərimiz beşinci oldu

06.11.2015 | 2714 dəfə oxunub

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Turnirdə hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparır.

Stadium.az xəbər verir ki, İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçirilib. Püşkatmanın nəticəsinə Azərbaycanın qadın güləşçiləri Polşa və Rusiya ilə birgə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışıb. Güləşçilərimiz Polşa ilə görüşdə 5:3, Rusiya ilə görüşdə isə 7:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə qrupda üçüncü yeri tutan qadın güləşçilərimiz digər qrupun üçüncüsü olan Belarusla 5-ci yer uğrunda görüşə çıxıb. 5:3 hesabı ilə qalib gələn komandamız Avropa Millətlər Kubokunu 5-ci sırada tamamlayıb.

Bu yarışda Azərbaycan yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.

Yarışlar Lujniki Olimpiya Kompleksində, “Drujba” Universal İdman Zalında keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail