Azərbaycan kuboku uğrunda yarışlar başa çatıb
Noyabrın 6-da “Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara yekun vurulub.
ASTF-dən bildiriblər ki, turnirin bağlanışında çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Azərbaycanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd edib. F.Məmmədov son illər idmanın stolüstü tennisin növünün inkişafı, keçirilən turnirlər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat verib, gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarının iştirakçılarını təbrik edib.
Yarışda Bakının Tennis İdman Məktəbi, “Lokomotiv” idman-sağlamlıq mərkəzi, “Neftçi" İdman Klubu, “Təhsil” İdman Mərkəzi, “Qarabağ- NN stolüstü tennis idman klubu” və eləcə də Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları mübarizə aparıb. Turnir həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub. Onlar 2016-cı ilin iyulunda Zaqrebdə keçiriləcək gənclər arasında Avropa çempionatında yığma komandanın tərkibinə daxil ediləcək. azertac
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |