Bakı Şəhər Halqasının tikinti-quraşdırma işləri nə zaman başlayacaq?

07.11.2015 | 2766 dəfə oxunub

Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

 

Stadium.az xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə şəhər halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işləri əsasən 2016-cı ilə nəzərdə tutulub.

Şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyatı olan dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Yüksək keyfiyyət meyarına əsasən hazırlanacaq asfalt yollarının, sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hal-hazırda aidiyyatı olan qurumlar tərəfindən  önləyici tədbirlər görülür.

Bilavasitə Formula 1 yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökümət Evinin qarşısında Formula 1-ə aid xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkət axınına əngəl yaratmamaq məqsədilə işlər gecə növbəsi üzrə həyata keçiriləcək.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən Bakı Şəhər Halqası, 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən insanlara çatdıracağını bəyan edir.

Qeyd olunmalıdır ki, Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail