"Sumqayıt Şəhər"in prezidenti: "Mənə «provakasiyalı» suallar verməyin"

03.10.2011 | 5523 dəfə oxunub

"Sumqayıt Şəhər"in prezidenti Kamran Quliyevin müsahibəsi:

Komandanın son turlardakı çıxışı barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Nə suallarınız var, mətbuat katibinə ünvanlaya bilərsiz. O, sizə ətraflı məlumat verər. Mən telefon vasitəsilə müsahibə vermirəm.
Siz digər qəzetlərə müsahibə versəz də, nədənsə bizimlə danışmaq istəmirsiz…
- Siz mənim başqa qəzetlərə birbaşa müsahibə verdiyimin şahidi olmusuz? Birbaşa onlarla danışmamışam. Başqa nəşrlər də mətbuat katibi vasitəsilə müsahibə götürürlər. Klubun siyasəti belədi. Əgər siz müsahibə almaq istəyirsizsə, buyurun, bizim Sumqayıtdakı ofisimizə gəlin.
Kamran müəllim, sizi pis tanımırıq. Siz diplomatiyanı qoruyursuz. Guya, «Sumqayıt»da hər şey həll olunub və bizim ora gəlməyimizlə lap yerinə düşəcək…
- Niyə belə deyirsiz, Sumqayıt da Azərbaycanın ərazisidi. Məgər bura gəlmək problemdir? Siz heç oyunlara getmisiz?
Biz çox oyunlara getmişik. Zaqatalada, Gədəbəydə, Ağdamda, Masallıda güclülər və birinci dəstənin oyunlarında olmuşuq. Bəlkə də o vaxt heç siz bilmirdiz ki, Azərbaycanda neçə klub var. İnciməyin, mən sizinlə belə danışmağa məcbur oluram.
- Telefonla müsahibə vermədiyim üçün sizi Sumqayıta dəvət edirəm. Sizin nəşrdə də müəyyən qaydalar var. Gəlin, burada ətraflı söhbət edək.
Kamran müəllim, sizi başa düşürəm. Elxan Məmmədovsayağı danışırsız…
- Sadəcə, mən insan kimi danışıram. Elxan Məmmədovun adını niyə hallandırırsız? Elxan Məmmədov AFFA-nın baş katibidi. Mən onun kimi yox, Kamran Quliyev kimi danışıram.
Başa düşmədim, mən sizinlə nə cür  danışıram?
- İnsan kimi danışırsız. Bilmirəm, Elxan müəllimin bu söhbətə nə aidiyyatı var.
Əgər Elxan Məmmədov Sumqayıta gəlib, stadionun mərkəzində sizə və «Azərkimya»nın digər işçilərinə göstəriş verirsə…
- Bu dediyiniz məsələ əsassızdı. Elxan Məmmədov AFFA-nın baş katibidi, stadiona gəlib hər hansı məsləhətlər verə bilər. O bunu başqa kluba da edə bilər.
Mən görməmişəm. Niyə bunu birinci dəfə Sumqayıtda gördük?
- Azərbaycanda futbolun nümayəndəsi olan AFFA-nın baş katibi Elxan Məmmədov tövsiyyə və məsləhətlərini verə bilər. Çünki o, FİFA və UEFA-nın toplantılarında iştirak edir və futbolu bilən insan kimi bunu etmək imkanına malikdi.
- Kim? Mən sizə sual verirəm: Elxan Məmmədov futbolu bilir? 
- Mənimlə danışmaq istəyirsizsə, mənə aid suallar verin. Mən AFFA-da işləmişəm və Elxan Məmmədovun bacarığından, iş fəaliyyətindən məlumatım var. Ona görə də mənə «provakasiyalı» suallar verməyin. Çox sağ olun…

P.S. O, bunu deyib, telefonun «no» düyməsini basdı. Biz onun dediyi kimi edə bilərik. Bir şərtlə ki, sualları öncədən yazıb göndərməyəcəyik, müsahibə canlı olacaq. Gedərik Sumqayıta, görək, onda nə bəhanə gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail