Rövnəq Abdullayevdən yeni təyinatlar

08.11.2015 | 2547 dəfə oxunub

Noyabrın 7-də Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

Stadium.az xəbər verir ki, iclasda əvvəlcə bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.


Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas yığmaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.

Bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edəcək.

Bundan başqa yeniyetmələrdən ibarət milli komandaya Elçin İsmayılov baş məşqçi, Zaur Babayev köməkçi-məşqçi, gənclərdən ibarət yığmaya Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi-məşqçi təyin olunub.

Xatırladaq ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına sentyabrda prezident seçilib. O, bu təyinatdan sonra federasiya daxilində bir neçə kadr dəyişikliyi edib. report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail