"Sumqayıt"ın futbolçusu Premyer Liqada ikinci oldu

09.11.2015 | 3410 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2-ci avtoqol qeydə alınıb. Stadium.Az xəbər verir ki, 12-ci turun “Zirə” – “Sumqayıt” qarşılaşmasında hesab qonaqların futbolçusu Cəmil Hacıyevin topu öz qapısına vurması ilə açılıb. Bu, mövsümün 2-ci avtoqoludur. Bunadək yalnız “Rəvan”ın oyunçusu Yamin Ağakərimzadə eyni uğursuzluğu yaşamışdı. O, 2-ci turun “Qarabağ”la görüşündə avtoqol müəllifi olmuşdu.

Cəmil “Sumqayıt”ın Premyer Liqada öz qapısına qol vuran 7-ci futbolçusudur. Ona qədər Bədavi Hüseynov (2011/12), Xəyal Mustafayev (2012/13), Adil İbrahimov, Anar Nəzirov (hər ikisi 2013/14), Ruslan Poladov, Vurğun Hüseynov (hər ikisi 2014/15) eyni halla üzləşib. “Sumqayıt” oyunçuları avtoqol sayında “Turan” və “İnter”ə çatıb. Hərəyə 7 belə uğursuzluğu olan bu klublar ölkə çempionatları tarixində yalnız 4 komandadan geri qalır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” və “Bakı” (hər ikisi 11) daha çox avtoqol müəllifi olub. “Zirə” isə Premyer Liqada ilk dəfə rəqib qoluna şahid olub. Debütant buna nail olan 36-cı komandadır. “Neftçi” və “Qarabağ” hamıdan çox – hərəyə 16, “Bakı” 15 dəfə rəqiblərinin avtoqolunu izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail