Rusiyaya dopinq şoku - Olimpiadaya buraxılmayacaqlar...

10.11.2015 | 2853 dəfə oxunub

Rusiya idmançıları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilər.

 

Stadium.az xəbər verir ki, bu barədə Beynəlxalq Antidopinq Agentliyinin rəhbəri Riçard Paund məlumat verib. O, bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar diskvalifikasiya olunacaqlar:

 

"2016-cı ildə keçiriləcək Olimpiadaya gəlincə, Rusiya idmançılarının diskvalifikasiya olunması məsələsinə baxırıq. Biz ümid edirik ki, rusiyalı idmançılar yeni şərtlərlə işləyəcəklər. Əks halda onlar Rioda olmayacaqlar".

Bir müddət əvvəl WADA rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasının vacib olduğunu bildirmişdi. WADA-nın araşdırmasında Rusiyanın idman naziri Vitali Mutko da ittiham olunur. Agentlik bildirir ki, bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyalar məhz Mutkonun göstərişiylə baş verib.

Təşkilatın hesabatında bildirilir ki, Moskva Antidopinq Agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testi məhv edib. Özü də məhv edilən dopinq-testlər təkcə yungül atletikaya yox, digər idman növlərinə də aiddir. Dopinq-testlər 2014-cü ilin dekabr ayında məhv edilib.

Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti (İAAF) Sebastyan Koe də vəziyyət ciddi olduğunu təsdiqləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail