“Düzgün idarəçiliyin olmaması “Neftçi”ni bu vəziyyətə salıb”
Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin müsahibəsi
- Zədənlə bağlı Almaniyada əməliyyat olundun. Durumun necədir?
- Əməlliyat yaxşı keçdi. On gündür ki, Bakıdayam. Hələ ki, ancaq müalicə ilə məşğulam.
- Nə vaxt sıraya dönə bilərsən?
- Adətən belə zədənin sağalmağı üçün 5-6 ay vaxt lazım olur. Ən yaxşı halda 5 ay futbol oynaya bilməyəcəm. Müalicənin gedişatından da çox şey asılıdır. Gələn ilim mart ayında yəqin ki, sıraya dönə bilərəm.
- Uzun müddətdir ki, meydana çıxa bilmirsən. Çempionatımız necə görünür kənardan?
- Əlbəttə ki, əvvəlki illərə baxanda indi çempionatda bir o qədər də maraq yoxdur. Klubların maddi vəziyyəti ilə əlaqədar intiriqa azalıb. Əvvəl “Bakı”, “Xəzər Lənkəran” “Neftçi” kimi klublar da çempionluq üçün yarışırdısa, indi onları görmürük. Hazırda çempionluğa ən real namizəd “Qarabağ” və “Qəbələ”dir. “Qəbələ”nin də qeyri-stabil çıxışını nəzərə alsaq, “Qarabağ”ın çempionluğa şəriksiz namizəd olduğunu deyə bilərik. Bu səbəbdən çempionatın o qədər də marağı yoxdur.
- Sürpriz komandalar da var.
- Bəli, “Kəpəz” və “Zirə” yaxşı çıxış edir. Ancaq onlar da ən yaxşı halda avrokuboklar üçün mübarizə apara bilər.
- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri “Neftçi”nin acınacaqlı vəziyyətə düşməsidir. Bir vaxtlar çıxış etdiyin komandanın durumu haqda nə deyə bilərsən?
- Həqiqətən də “Neftçi”nin durumu acınacaqlıdır. Yəqin ki, klubda düzgün iş aparılmadğı üçün komanda bu günə düşüb. Əlbəttə, “Neftçi” kimi klubun bu durumu heç kimə xoş deyil. Məncə, klub idarəçiliyində olan problemlərə görə bu vəziyyət yaranıb.
- Futbol ictimaiyyəti “Neftçi”ni düzgün transfer siyasəti aparmamaqda qınayır. Demək olarmı Rauf Əliyev də bu siyasətin qurbanı oldu? Yəni bir çox təcrübəli futbolçularla yanaşı sən də “Neftçi”dən göndərildin.
- Özüm haqda danışmaq istəməzdim. Ancaq birdən-birə xeyli futbolçunun göndərilməsi komandanın ziyanına oldu. Əslində heyətdə gənclərlə yanaşı təcrübəli futbolçular da olmalıdır. “Neftçi” bütün təcrübəli futbolçuları komandadan göndərdi. Təbii ki, belə olan halda avrokuboklar üçün üçün mübarizə aparmaq çətin məsələdir. İndiki halda baş məşqçi və futbolçularda günah görmək düzgün olmaz. Samir Əliyevi hər birimiz tanıyırıq. Əlində olan futbolçularla bundan artığını edə bilməz.
- Dekabrda “İnter”lə müqavilən başa çatacaq. Zədə səbəbindən digər klublara keçidin asan olmayacaq. “İnter”də qalmaq fikrin var?
- Bu barədə nə fikirləşmişəm, nə də kimləsə danışmışam. İndi ancaq zədəmin müalicəsi ilə məşğulam. Hələ dekabra çox var, yaxşı olar. qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |