Osloda “Avro-2016”nın play-off mərhələsinə start verilir

12.11.2015 | 2321 dəfə oxunub

Bu gün futbol üzrə “Avro-2016”nın play-off mərhələsinin oyunlarına start veriləcək. Milli komandamızın mübarizə apardığı “H” qrupundan yaxşı tanıdığımız Norveç millisi Osloda Macarıstan futbolçularını qəbul edəcək.

Stadium.az xəbər verir ki, mütəxəssislər Norveç komandasını favorit hesab edirlər. Millimizin yer aldığı qrupda güclü İtaliya və Xorvatiya yığmalarına qalib gələn Skandinaviya təmsilçisinin Macarıstan ilə oyunda elə də çətinlik çəkməyəcəyi ehtimal edilir. Lakin Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo bu fikirlə razı deyil. O bildirib: İlk oyunu səfərdə keçirsəydik daha yaxşı olardı. Buna baxmayaraq, hər iki qarşılaşmaya ciddi hazırlaşmışıq. Rəqibin bütün oyunlarını izləmişəm. Kifayət qədər təhlükəli futbolçuları var. Düzdür, son oyunlarda biz məğlubiyyətin nə olduğunu bilmirdik. Buna görə də favorit göstərilməyimiz təbii qarşılanmalıdır. Azarkeşlərimizin ümidini doğrultmağa çalışacağıq”.

Macarıstan komandası Norveçə iddialı gəlib. Millinin baş məşqçisi Pal Dardaini deyib: “Norveç futbolu son dövrdə inkişafdadır. Lakin bu, bizi qətiyyən qorxutmur. Futbolçularımıza güvənirəm. İnanıram ki, onlar uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. Belə oyunlarda az səhv edən komanda qalib gəlir. Cavab oyunu üçün Oslodan sərfəli nəticə ilə qayıtmalıyıq. “Avro-2016”ya vəsiqənin sahibi Budapeştdəki oyundan sonra müəyyənləşəcək”.

“Norveç” – “Macarıstan” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail