Yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışı başladı

12.11.2015 | 2213 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışı başlayıb.

Stadium.az xəbər verir ki, yarış AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Komanda xarakteri daşıyan yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçirilir.

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.

Proqrama əsasən, bu gün sərbəst güləş yarışları keçirilir.

İki gün davam edəcək yarışda ilk üç yeri tutacaq komandalar AGF tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail