“Gələcəyin Olimpiyaçıları” turnirinin qalibi məlumdur

12.11.2015 | 2798 dəfə oxunub

Noyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Gələcəyin Olimpiyaçıları” komanda yarışı start götürüb.

Stadium.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 8 komanda mübarizə aparıb. “Həyat”, “Xəzri”, “Nardaran” və “Aran” klubları “A”, “Müşviqabad”, “Azəri”, “Xosrov Cəfərov” və “Zenit” İdman Cəmiyyətinin komandaları isə “B” qrupunda yarışıb.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xəzri” və “Azəri” komandaları yarışın finalına vəsiqə qazanıblar. Həlledici görüşdə hesab 5:5, xalların sayı isə 21:21 olub. Ancaq təmiz qələbələrin sayəsində “Xəzri” komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. “Azəri” komandası isə gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda görüşdə “Zenit” İdman Cəmiyyətinin təmsilçiləri “Həyat” komandasını xal hesabı ilə - 26:20 (5:5) üstələyiblər. “Müşviqabad” güləşçiləri “Aran” klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. “Nardaran” güləşçiləri isə “Xosrov Cəfərov” klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.

Turnirin ikinci günündə isə 2002-2004-cü il təvəllüdlü yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Yarışda ilk üç yeri tutan komandalar AGF tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail