Lənkəranlılar "Neftçi" üçün əvəzedici heyətdən bir neçə futbolçu çağırdı

13.11.2015 | 2414 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Premyer liqanın XII turundan sonra yaranan fasilə "Xəzər Lənkəran" üçün başa çatır. Qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşacaq “Xəzər Lənkəran” mövsümün ikinci “ Böyük oyun” un hazırlığına start verir.

 

Stadium.az xəbər verir ki, ciddi itkilərə rəğmən komanda bu gün toplanaraq hazırlığa başlayacaq və oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar.

 

Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu “ Böyük oyun” hazırlığına gec qosulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədirlər. Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da, təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir.

Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail