Azərbaycanda uşaq şahmatının böyük gələcəyi var

13.11.2015 | 3362 dəfə oxunub

“Gənclik” şahmat klubunun 5 iliyinə həsr edilən XIII uşaq beynəlxalq turnirinin bütün qalibləri müəyyən edilib.

Stadium.az xəbər verir ki, dünyanın 8 ölkəsindən 40-dan çox iştirakçını bir araya gətirən “A” əsas turnirinin yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan təmsilçisi Andrey Mustafin qalxıb. Turnirin qalibi 7 mümkün xaldan 6,5-ni toplayıb. Üç şahmatçı hərəyə 5 xal yığıblar. 2-ci yeri əlavə göstəricilərə görə Vüqar Həşimov Memorial Kubokunun sahibi Məhəmməd İsmayılov tutub. Bürünc medala Fərid Mustafayev layiq görülüb, dördüncü yerə isə Altay Eynullayev çıxıb.

Turnirdə Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvadan olan şahmatçılar iştirak ediblər.

“B” turnirində Azərbaycan, Hindistan və Kanadanın təmsilçiləri iştirak ediblər. Birinci yerə hindistanlı şahmatçı Akxan Handun çıxıb. O, 7 mümkün xaldan 5,5 toplayıb. Azərbaycan təmsilçiləri Elvin Bail 5 xalla gümüş, Teymur Əsgərov isə 4 xalla bürünc medala layiq görülüb.

Bağlanış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Abdulov ölkəmizdə uşaq şahmatı ənənələrindən söhbət açıb, bu cür beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin turnirin təşkilində iştirak edən hər kəsə təşəkkürünü bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail