Azərbaycan Rusiyadan xahiş etməyib- RƏSMİ AÇIQLAMA

14.11.2015 | 4014 dəfə oxunub

Ötən gün Rusiya Kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, Vitali Mutkonun Rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək. Nazirlik bildirir ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və idman nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib: “Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb .

Azərbaycanin növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildirirk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.

İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olamayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialini və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail