“Heydər zirvəsi”nə yürüş təşkil ediləcək

14.11.2015 | 4175 dəfə oxunub

Ənənəyə sadiq qalaraq ümummilli lider Heydər Əliyev xatirəsinə Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə növbəti kütləvi yürüş təşkil edilir.


FAİREX-dən Azərtac-a bildiriblər ki, dekabrın 9-dan 12-dək təşkil olunacaq yürüşün həyata keçirilməsi üçün ADEİNFA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanıb və bu, müraciətə əsasən Şahdağ Milli Parkında yerləşən 3751 metr hündürlüyə malik zirvəyə yürüşün təşkili üçün müvafiq icazə alınıb. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də tədbirin yüksək məramı nəzərə alınaraq, qeyd olunan tarixlərdə “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər milli parkın yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcəklər.

Yürüşdə iştirak etmək arzusunda olan iştirakçılar və klublar sənədləşmənin aparılması üçün noyabrın 25-dək FAİREX-ə müraciət etməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail