"Prosineçki çempionat oyunlarını izləyir"

14.11.2015 | 3515 dəfə oxunub

Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib.

 

Stadium.az xəbər verir ki, hazırlıq prosesi zamanı baş məşqçi Robert Prosineçki və futbolçular media nümayəndələrinin də suallarını cavablandırıb.

 

Qarşıdakı oyun və məşqlər haqda “Kəpəz”in futbolçusu Tərlan Quliyev klubun saytına fikirlərini açıqlayıb: “Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidir. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib. Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır”. 

Xatırladaq ki, millinin düşərgəsində Tərlan Quliyevlə yanaşı, “Kəpəz”in daha bir üzvü Rəşad Eyyubov da yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail