Komandamız şahmat üzrə Avropa çempionatında növbəti qələbəni qazandı

15.11.2015 | 3967 dəfə oxunub

İslandiyanın paytaxtında kişi və qadın komandaları arasında şahmat üzrə Avropa çempionatı davam edir.

Stadium.az xəbər verir ki, çempionatda 35 kişi və 30 qadın komandası, o cümlədən Azərbaycan yığmaları mübarizə aparır.

Azərbaycanın kişilərdən ibarət yığması ikinci turu da qələbə ilə başa vurub. Bu turda şahmatçılarımız Danimarka komandasını 3,5:0,5 hesabı ilə məğlubiyyətə uğradıblar. Şəhritar Məmmədyarov, Eltac Səfərli və Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə rəqibi ilə “sülh” bağlayıb.

İtaliya komandası ilə qarşılaşan Azərbaycanın qadın yığması isə bu turda rəqibə uduzub: 1,5:2,5. Təmsilçilərimizdən yalnız Gülnar Məmmədova keçirdiyi görüşü qələbə ilə başa vura bilib. Xəyalə Abdulla heç-heçə oynayıb, Zeynəb Məmmədyarova və Nərmin Kazımova isə uduzublar.

Xatırladaq ki, Avropanın şahmat üzrə hazırkı çempionu kişilər arasında Azərbaycan, qadınlar arasında isə Ukrayna yığmalarıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail