Avropa birinciliyinin bürünc medalını qazandıq

15.11.2015 | 3004 dəfə oxunub

Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvü Hidayət Heydərov Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Stadium.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib. Növbəti mərhələlərdə rusiyalı Arbi Xamxoyevə, ukraynalı Artyom Xomulaya qalib gələn H.Heydərov yarımfinalda İtaliya cüdoçusu Antoniyo Espozitoya uduzub. Üçüncü yer uğrunda görüşdə Montoneqro nümayəndəsi Nikola Qusiç üzərində qələbə qazanan cüdoçumuz Avropa birinciliyinin bürünc medalına sahib olub.

Xatırladaq ki, qitə birinciliyində çıxış edən milli komandamızın aktivində hazırda üç medal var. Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail