Nazim Süleymanov: "Mənim vaxtım az idi"

16.11.2015 | 3653 dəfə oxunub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

"Qələbə qazanmağımıza baxmayaraq, elit mərhələyə vəsiqə qazana bilmədik. Bütün görüşlərdə belə oynamaq lazım idi. Uşaqlar mübarizə apardılar, verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Futbolda bəxt amili də var. Məsələn, ötən görüşdə qələbə qazansaydıq, bu gün tam fərqli bir nəticəyə imza ata bilərdik".

Süleymanov U-19-dakı fəaliyyətinə belə qiymət verib: "Mənim vaxtım az idi. Mən uşaqların heç də hamısını yaxşı tanımırdım. Amma indi kimin necə çıxış etdiyini bilirəm. Futbolda məğlubiyyətlər də olur. Lakin istənilən halda hər oyunda sonadək mübarizə aparmaq lazımdır. Futbolçu meydanda sonadək mübarizə aparmırsa, deməli, o, gələcəkdə böyük futbolçu ola bilməyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail