AFFA "Trabzonspor"un futbolçularını milli komandaya gətirir

16.11.2015 | 3522 dəfə oxunub

Türkiyənin "Trabzonspor" klubunun gənc futbolçularla iş üzrə təmsilçisi Sadi Təkəlioğlu yerli mətbuata maraqlı açıqlama verib.

Stadium.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov ona zəng edərək, bu klubun U-17 komandasında çıxış edən Doğukan Öksüz və Murat Cem Akpınarın Azərbaycan yığmasında çıxış etməsinə icazə vermələrini xahiş edib.

Təkəlioğlu Azərbaycanın bu oyunçulara lazım olan önəmi verəcəyini və onların daha da inkişaf edəcəyini nəzərə alaraq, təklifi müsbət cavablandırıb. Amma o, eyni zamanda belə bir halla ilk dəfə rastlaşdığını və təəccübünü dü dilə gətirib:

"Bizim U-17 komandamız Türkiyə çempionudur. Türkiyə milli komandasında hər dönəmdə bu kateqoriyadan 4-5 futbolçumuz təmsil olunur. AFFA bu oyunçuların milli komandamıza yer ala bilməyəcəyini dəqiqləşdirib. Zəng edərkən, "icazə versəniz, U-17 komandanızdan bir neçə futbolçunu Azərbaycan yığmasında görmək istəyirik" dedilər. Həqiqətən çox doğru seçim ediblər. Ahmet Hakan Sevinç, Doğukan, Ebrar və Murat Cemin adını çəkdilər. Abdülkadir, Cafer və Abdullahın Türkiyə millisində oynadığını, gedə bilməyəcəyini bilirmişlər. Türkiyə millisini çalışdıranlar bəlkə də bir komandadan 6 oyunçunun heyətdə olmasını qəbul etmək istəmədilər. Nəticədə, bu uşaqlar Türkiyə millisində oynamaq şansı qazanmayınca, boşa çıxdılar. Mənim azərbaycanlılara çox isti baxmağımın tək səbəbi komandamızı yaxşı tanımalarıdır. Bizim yaxşı komandamız var. Amma onların önə çıxan oyunçuları tək-tək, nöqtə olaraq kəşf etmələrini görüncə, çox təəccübləndim".

Təkəlioğlu Azərbaycanın oyunçularına önəm verəcəyini düşünərək təklifi gözübağlı qəbul etdiyini vurgulayıb: "Uşaqların və ailələrinin də fikirlərini öyrəndikdən sonra qərar verdik. Bu oyunçuların ardından davamının da olacağını düşünürəm. Azərbaycan futbolu da hər keçən gün inkişafdadır. Türkiyə millisi istəməyəcəyi halda, üzdə olan futbolçularımızı göndərib, orada oynadacağıq. Bu yaşda milliyətçilik duyğuları həssasdır, bəziləri qəbul etməyə bilər. Amma Azərbaycan olduğu üçün bir problem olmaz".

Azərbaycan millisinə dəvət alan bu futbolçuları Bakıda göndərdiklərini diqqətə çatdıran Təkəlioğlu onlarda diqqətçəkən inkişafın olduğunu da dilə gətirib: "Murat və Doğukanın özünə inamı artır. Başqa bir ölkənin milli komandasına seçilmək, orada olmaq onlara inam verir. Özlərinə qapalı oyunçular idilər, amma gördüyüm qədərilə artıq bunu üzərlərindən atıblar. Bunun davamını görmək istəyirik. Bəzən buradakı matçları Azərbaycan millisinin oyunları səbəbindən buraxa bilərlər. Amma olsun, bu çatışmazlığı aradan qaldırmaq mümkündür. Beynəlxalq turnirlərdə özlərini göstərmələri vacibdir. Azərbaycanın onlara münasibəti çox yaxşıdır. Oyunçular da komandadan razıdırlar. Yenə futbolçu istəsələr, verəcəyik. "Trabzonspor"lu futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi naminə bunu edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail