"Vaxt gələr "Kəpəz"də olacağam"

17.11.2015 | 3763 dəfə oxunub

"Kəpəz" komandasının yenidən Premyer Liqaya qayıtması Azərbaycan futboluna yeni rəng qatdı. Həm oyunu, həm də azarkeşləri ilə(baxmayaraq ki, azarkeşlərin sayı hər dəfə çox göstərilir(!) adından söz etdirən "Kəpəz" ilk turlardan uğurlu çıxışla yadda qalır. Bu klubla daha bir maraqlı cəhət ondan ibarətdir ki, klubun əsas komandası və aşağı yaşlardan ibarət komandalarda çalışan məşqçilərin əksəriyyəti "Kəpəz"lə bağlı olan insanlardı. Amma bu hal heç də hər kəsə aid deyil. Məsələ bundadı ki, "Kəpəz"də illərlə çıxış edən, hətta komanda birinci diviziona düşəndə belə "Kəpəz"dən ayrılmayan sabiq qapıçı Xəyal Zeynalov bu gün klubda heç kimin yadına düşmür. Hər kəsə məlumdur ki, klubu AFFA idarə edir və bura kimlərin dəvət olunması da heç şübhəsiz onların qərarından sonra verilir. Hər-halda bu məsələyə daha yaxşı şərhi Xəyal Zeynalovun verə biləcəyini düşünərək, keçmiş qapıçı ilə əlaqə saxadıq. Zeynalov Stadium.az-a bunları danışdı:

"Mən "Kəpəz"də illərlə çıxış etmişəm. Bu klub üçün həmişə əlimdən gələni edəcəyəm. Mən qapıçılar klubuna çalışıram. Son zamanlar bir az çətinlik yaransa da, biz çalışırıq ki, işimizi davam etdirək. Qaldı ki, "Kəpəz"ə dəvət olunmamağıma, bunun səbəbin mən bilmirəm. Və klubda kiminləsə də problemim yoxdu. Hər kəsə böyük hörmətim var. Bu gün olmasa belə, inanıram ki, vaxt gələr "Kəpəz"də olacağam".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail