Nişanlısını çağırdılar, özünü yox...

17.11.2015 | 4046 dəfə oxunub

Azərbaycan Ağır Atletika Federasiyası bəzi dəyişikliklər edib. Belə ki, ağırlıqqaldırma üzrə milli komandamız dünya çempionatında sifariş etdiyi idmançıların bəzilərini heyətdən çıxarıb.

 

Stadium.az xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində keçiriləcək mundiala 14 atlet sifariş verilsə də, son anda Sərdar Həsənovla (69 kq) İvan Stoitsov (85 kq) komandadan uzaqlaşdırılıb. Həmçinin Kristina Yovu (53 kq) millimizin düşərgəsində iştirak etməyib və bu səbəbdən onun da mundialda çıxışı alınmayacaq. Ancaq 5 ildir millimizin şərəfini qoruyan bolqar legioner İvan Stoitsovun nişanlısı Boyanka Kostova (58 kq) xanımların yığmasının heyətində dünya çempionatında iştirak edə biləcək.

Bununla da Rio-2016-ya lisenziya xarakterli dünya çempionatında ölkəmizi Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Valentin Xristov (62 kq), Firidun Quliyev (69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (hər ikisi 77 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü 94 kq) və Dadaş Dadaşbəyli (105 kq) təmsil edəcək.

 

Qeyd edək ki, dünya çempionatı noyabrın 19-28-də ABŞ-ın Hyuston şəhərində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail