AFFA Xaqani Məmmədov komissiyasına 60 gün vaxt verdi

17.11.2015 | 3527 dəfə oxunub

"Xaqani Məmmədov işi ilə bağlı artıq komissiya yaradılıb. Müvafiq tapşırıqlar verilib. Nəticə barədə ictimaiyyəti məlumatlandıracağıq". 

Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi 2001-ci il avqustun 23-də Xorvatiyada "Osiyek"lə Latviya "Dinaburq"u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin cavab görüşü zamanı 4-cü hakim funksiyasını yerinə yetirən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qonaq komandadan rüşvət təklifi almalarına dair baş hakim Asim Xudiyevi xəbərdar etməsi faktına münasibət bildirib.

O deyib ki, komissiyanın tərkibi məlum olsa da, məxfi saxlanılır: "Çünki bu məsələdə 3 şəxsdən söhbət gedir. Ona görə də məxfilik daha yaxşı olardı. Komissiya üzvlərindən yalnız AFFA və PFL rəhbərliyi xəbərdardır".
Baş katibin sözlərinə görə, komissiyaya araşdırmanın nəticələrini təqdim etməsindən ötrü 60 gün vaxt verilib: "60 gün uzun müddət deyil. Amma ola bilər ki, nəticə 30 gün sonra açıqlansın. Biz istədik ki, komissiya üzvləri nəticəni bizə yazılı bildirsinlər. Biz də hesabatı, arayışı, nəticəni ictimaiyyətə təqdim edəcəyik. AFFA rəhbərliyi olaraq düşündük ki, əvvəlcə araşdıraq, sonra müvafiq qərar qəbul edək. Söhbət uzunmüddətli yox, maksimum 60 günlük araşdırmadan gedir. Ola bilər ki, iki həftə sonra nəticə açıqlansın. Qovulma ehtimalının olduğunu deyə bilmərəm".

Qeyd edək ki, Xaqani Məmmədov məlum videoda "Asim, 15 dənə verirlər. Qonaqlar, qonaqlar" deyir. Oyun isə "Osiyek"in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Latviyadakı matç "Dinaburq"un 2:1 hesablı qələbəsi ilə yekunlaşdığı üçün Xorvatiya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail