"Mübariz Mənsimovun heç bir terror qruplaşması ilə əlaqəsi yoxdu"

18.11.2015 | 3680 dəfə oxunub

“Mübariz Mənsimovun hər hansı bir terror qruplaşması ilə əlaqəsi yoxdur və ola da bilməz” -

Stadium.az xəbər verir ki, bu barədə Lent.az-a “Palmali Shipping & Agency” şirkətinin rəsmisi Tuyqun Nadirov deyib. Onun sözlərinə görə, adı çəkilən şirkət işlərini hüquq çərçivəsində edir: “Beynəlxalq bazarda yüksək statusa malik olan “Palmali” şirkətlər qrupu yarandığı gündən biznes prinsiplərinə, beynəlxalq hüquqi rejimə riayət olunmasına əsaslanır. Biz terror təşkilatlarının dünyada sabitliyə və qayda-qanunlara nə dərəcədə təhlükə yaratdığını tam məsuliyyətimizlə dərk edirik, bütövlükdə yalandan ibarət olan məlumatları şirkətimizin müsbət nüfuzuna ləkələməsinə imkan vermərik".

Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair mətbuatda gedən məlumatlara gəlincə, T. Nadirov xəbərdə qeyd edilən İspaniyanın “El Economista” qəzetində bu barədə yazı getmədiyini vurğulayıb: “İspan mətbuatında neft daşınması ilə əlaqədar yazı gedib. Tam məsuliyyəti ilə deyirəm ki, yazıda nə bizim şirkətin, nə də Mübariz Mənsimovun adı çəkilməyib. Çəkilə də bilməz. Əgər belə bir yazı varsa, xahiş edirik, oxuculara həmin yazını link, yaxud da şəkil vasitəsi ilə təqdim etsinlər. Şirkətimiz deyilən sözlər yalan və böhtandı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail