Azərbaycan şahmatçıları Danimarka komandasına qalib gəliblər

18.11.2015 | 3322 dəfə oxunub

Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatında beşinci turun görüşləri çərçivəsində kişilərdən ibarət Azərbaycan komandası Rusiya millisi ilə qarşılaşıb.


Stadium.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildiriblər. Birinci lövhədə millinin lideri Şəhriyar Məmmədyarovun Pyotr Svidler ilə sülh bağlamasının ardından digər qrossmeysterlər - Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli də görüşü heç-heçə başa vurublar. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka seçməsi ilə qarşılaşıb. Görüş 4:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Öz görüşlərini qələbə ilə Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla və Ülviyyə Fətəliyeva başa vurublar.

Altıncı turda kişilərdən ibarət komandamız Niderland, qadınlardan ibarət millimiz isə Polşa yığması ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail