İdmançımız 10 saniyəyə ermənini məğlub etdi- VİDEO

20.11.2015 | 2454 dəfə oxunub

Azərbaycan idmançısı erməni rəqiblə görüşdə növbəti dəfə qələbə qazanıb. Görüş cəmi 10 saniyə çəkib. Bu uğura Tovuz taekvondo komandasının gənc idmançısı imza atıb.


Stadium.az TTV –yə (Region TV) istinadən xəbər verir ki, Komandamız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. Tovuz taekvondo komandası Gürcüstanda keçirilən "Rustavi Open" beynəlxalq  turnirində qüvvəsini sınayıb. Komanda birincilikdə 15 idmançı ilə mübarizə aparıb və  yarışı 10 medalla başa vurub. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub. Bu uğurlu nəticənin ən möhtəşəm qələbəsinə isə gənc idmançı Kənan Əmiraslanov imza atıb. O, erməni rəqibini cəmi 10 saniyədə təslim edərək qızıl medala sahib olub.

Tovuz taekvondo komandasının  iştirak edəcəyi növbəti yarış Quba şəhər birinciliyi olacaq. Kollektiv bu turnirin hazırlıqlarını başa vurub. Birincilik Azərbaycan çempionatına hazırlıq baxımından əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər  arasında baş tutacaq yarışda Tovuz taekvondo komandası 15 idmançı ilə qüvvəsini sınayacaq. Tovuz taekvondo klubunun üç bölməsi var ki, bunlardan da ikisi rayonun kəndlərində fəaliyyət göstərir. Ümumilikdə klubun üzvü olan idmançıların sayı 150-dən çoxdur. Onlar indiyədək Avropa miqyaslı yarışlarda bir sıra uğurlar qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail