"Onlar tapşırıqların məsuliyyətini dərk edirlər"

20.11.2015 | 2970 dəfə oxunub

Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

 

Stadium.az xəbər verir ki, hər üç güləş növü üzrə yığma komandaların üzvləri turnirə hazırlıqları davam etdirir.

Bu gün sərbəst güləş üzrə yığma komandanın açıq məşqi keçirilib. Məşqdə əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçiləri də iştirak ediblər. Hazırlıqları yaxından izləyən Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Federasiya rəsmisi güləşçilərin hazırlıq səviyyəsindən razı qaldığını deyib:

 

“Hazırlıq prosesi yüksək səviyyədə davam edir. Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər. Bilirsiniz ki, gələn il bizi Yay Olimpiya Oyunları gözləyir. Qızıl Qran Pri turnirində də əsas komandanın əksər üzvləri iştirak edəcəklər. Eyni zamanda, digər perspektivli idmançıları da sınaqdan keçirmək imkanımız olacaq. Qarşıdakı təlim-məşq toplanışlarında və yarışlarda əsas məqsədlərimizdən biri idmançılarımızın hazırlıq səviyyəsini yüksəltməkdir. Rioda böyük uğurlar qazanmaq istəyirik. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turnirinin gedişində Avropa Güləş Konfederasiyasının konfransının keçirilməsi nəzərdə tutulub. İlk dəfə keçirilən bu tədbirdə Avropa və dünya güləşindəki mövcud vəziyyət müzakirə ediləcək, güləşin inkişafı üçün yeni fəaliyyət proqramının hazırlanması barədə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Yarışlar İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail