"Finala inamla, qalib olmaq üçün çıxmışdım"

21.11.2015 | 2740 dəfə oxunub

Çinin Qingdao şəhərində baş tutan cüdo üzrə Qran-pri turnirin ilk günündə bütün rəqiblərini məğlub edərəl qızıl medala sahib çıxan Nicat Şıxəlizadə yarışdan sonra turnirlə bağlı fikirlərini açıqlayıb:


- "Bildiyiniz kimi Çin Qran-prisi ən güclü yarışlardan biridi və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub olimpiadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim".

- Rəqiblərin haqda fikirlərini bilmək istərdik.

- Rəqiblər haqda onu deyə bilərəm ki, ilk görüşümlə yarımfinal görüşüm bir az çətin keçdi və buna baxmayaraq qalib gələ bildim. Finala isə inamla, qalib olmaq üçün çıxmışdım, amma düşünmürdüm ki, ilk dəqiqədən "ippon"la qalib gələ bilərəm. Çünki rəqibim çox güclü idmançı idi.

- Yeni məşqçi gəldikdən sonra hazırlıqlar necə keçir?

- Məşqlərimiz çox yüksək səviyyədə keçir. Onu deyə bilərəm ki, biz son zamanlar iştirak etdiyimiz bütün yarışlarda yüklənmə hazırlığı ilə dincəlmədən çıxış edirik və bu bizim məşqçinin proqramıdı. Ona güvənirik. İnşallah qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq.

- Gələn həftə baş tutacaq Koreyadakı yarış haqqında fikirlərini bilmək istərdik.

- Koreyada keçiriləcək Qran-pri yarışının da bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail