"Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib"

22.11.2015 | 2867 dəfə oxunub

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının ilk günündə Azərbaycan millisinə qızıl medal qazandıran təmsilçimiz  İlqar Müşkiyev qələbəsini şərh edib.

 

Stadium.az xəbər verir ki, o həmçinin yeni rəhbərliyin idmançılar üzərindəki təsirindən də danışıb:

“Bu yarışa hazırlıqlarımız yüksək səviyyədə gedirdi, yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bugünkü qazanılan uğurlar göstərdi ki, doğru yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarış da istisna deyildi. Artıq zaman göstərir ki yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik. Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd eləmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım.

Ümumiyyətlə, Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib. 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bugünkü rəqibimin güləş üslubu mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü mənim xeyrimə bitirməyimə şərait yaratdı”.

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla baş tutan görüşü haqda da bəzi məqamlara toxunub:

“Orxan Səfərov 60 kq dərəcəsində öz sözünü demiş idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etmirdi. Onunla görüşmüz çox gərgin keçdi.

Düşünürəm ki, Koreyada keçiriləcək Qran-pri yarışında da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünür. İnşallah, bu tempdə davam etməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail