“Kobra” növbəti sınaq qarşısında

23.11.2015 | 3061 dəfə oxunub

Azərbaycanı və "Qəbələ" İK-nı təmsil edən 5 qat dünya çempionu Pərviz Abdullayev növbəti yarışa hazırlaşır. Dünya çempionu kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - "Glory World Series"də çıxış edəcək.

 

Stadium.az xəbər verir ki, döyüşlə bağlı bu gün mətbuat konfransı keçirilib.

İdmançımız dekabrın 4-də Amsterdamda 70 kq çəki dərəcəsində mərakeşli Aziz Kallahla döyüşəcək. O, mətbuat konfransında jurnalistlərə belə açıqlama verib:

"Bu, peşəkar boksun ən yüksək turniridir. Burada iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və “Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram. Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda, çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan”.

 

Son hazırlıqları Füzuli Musayevlə keçirən Abdullayevin sözlərinə görə, bu, onun üçün faydalı olub: “O, karateçi olduğundan hazırda ayaqlarla daha yaxşı işləyirəm”.

 

Kikboksçu rəqibini də dəyərləndirib. O, 13 görüşdən 10-da qələbə qazanan Kallahın üstün tərəflərini öyrəndiyini deyib:

 

“Yaşı da azdır. Lakin "Glory World Series"də iştirak hüququ qazanıbsa, deməli güclüdür. Hollandiya məktəbinin yetirməsidir, əsasən 2 nömrədə işləyir. Əsas hücumdur və ona qarşı döyüş üslubumu belə quracam”.

 

Abdullayev hazırda əla formada olduğunu açıqlayaraq, məğlubiyyət haqda düşünmədiyini vurğulayıb:

 

“Döyüşdə ehtiyatlı olmalısan. Əsas odur zərbə buraxıb, zədələnməyəsən və görüş yarımçıq saxlanılmasın. Bunun üçün hücumda döyüşəcəyəm. Oktyabrın 16-da Rumıniyada qələbə qazandım və 1 həftədən sonra bu qarşılaşma üçün hazırlıqlara başlamışam. Formadayam, hər şey yaxşı olmalıdır”.

 

Noyabrın 25-də səfərə yollanacaq idmançı bildirib ki, gələcəkdə "Glory World Series"in Azərbaycanda keçirilməsi istisna deyil.

 

Abdullayev bir müddət əvvəl İtaliyada erməni ilə döyüşməli olsa da, rəqibinin zədə bəhanəsi səbəbindən görüş baş tutmayıb. Buna baxmayaraq, Pərviz "Glory World Series"də düşmən ölkə təmsilçisi ilə qarşılaşmaq arzusundadır:

“Döyüşmək istədiyim çox rəqiblər var. Onlardan biri Corc Petrosyan İtaliyanı təmsil edir. Ümumiyyətlə, burada titullu idmançılar çoxdur, qarşıdakı döyüşlərdə onlarla üz-üzə gələcəm”.

Abdullayevin meneceri Faiq Abdullayev bildirib ki, “Amsterdam Arena”da baş tutacaq görüşə 1 ay öncədən bütün biletlər satılıb. O qeyd edib ki, qarşılaşmaya yaxşı hazırlaşdıqlarından qələbəyə ümid edirlər.

Kikboksçunun şəxsi məşqçisi Mehman Umudov da yetirməsinin qalib gələcəyinə inam ifadə edib: “Bu arzumuz idi. Hamı tələbəsinin bu yarışda iştirakını istəyir. İnşallah, gələcəkdə digər tələbələrimiz də Pərvizin ardınca bu yarışa yollanacaq. Rəqibi izləmişik, ona qarşı lazımınca hazırlaşmışıq. Abdullayev tam hazırdır”.

Qeyd edək ki, “Kobra” ləqəbli Abdullayev indiyədək 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail