Koreyada daha bir medal qazandıq

28.11.2015 | 2664 dəfə oxunub

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub.


Stadium.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala qədər pakistalı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib. Yarımfinalda kubalı Joze Armentorosa uduzan Qasımov bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini “ippon” – təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-Prisinin bürünc medalı qazanıb.

Bu çəkidə ölkəmiz təmsil edən Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub.

Qran-Prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

Beləliklə Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-Prini üçüncü yerdə başa vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail