Karateçimiz Yaponiyada gümüş medal qazandı

30.11.2015 | 2274 dəfə oxunub

Karate üzrə Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) Yaponiyada Premyer Liqanın gümüş medalını qazanıb.

Stadium.az xəbər verir ki, idmançımız finalda İran milli komandasının favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə bitsə də, beş hakimdən 3-ü qələbəni (xante ilə) rəqibə verib. Azərbaycan karateçisi isə fəxri kürsünün ikincisi olub. Bu medal Ş. Atamovun (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komandada məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır.

Yanvarda Parisdə 2-ci yeri tutan Ş. Atamov fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa, dünya reytinqində 5-ci olan karateçi Yaponiyada qazandığı gümüş medalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib. Turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Azərbaycan karateçilərinin növbəti Premyer Liqa turniri 2016-cı ilin yanvarında Parisdə keçirilməsi nəzərdə tutulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail