Taekvondo millimiz Meksikaya gedir

30.11.2015 | 2505 dəfə oxunub

Kişilərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası dekabrın 1-də Meksikaya yola düşəcək. Məqsəd Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində və dünya kubokunda çıxış etməkdir.


Stadium.az xəbər verir ki, Moskva şəhərində startı verilən Qran-pri ardıcıl olaraq Türkiyənin Samsun, Böyük Britaniyanın Mançester şəhərlərində davam edib. Mexiko şəhərində isə turnirə yekun vurulacaq. Dekabrın 5-6-da keçiriləcək Qran-pri turnirində Azərbaycanı milli komandanın bir üzvü təmsil edəcək. 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev yarışın final mərhələsinə vəsiqəni təmin etdiyi üçün mübarizəyə qatılacaq.

Dekabrın 8-9-da Dünya Taekvondo Federasiyası (DTK) tərəfindən təşkil ediləcək dünya kubokuna baş məşqçi Reza Mehmandoustun və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Milad Beigi Harçeqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsayev qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Mexikoya yollanacaq komandamız dekabrın 13-də Vətənə dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail