Cüdoçularımız möhtəşəm qələbə ilə Vətənə dönüblər- FOTO

01.12.2015 | 2663 dəfə oxunub

Bu gecə paralimpiyaçı cüdoçularımız Portuqaliyadan Vətənə geri dönüblər. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov, Komitə nümayəndələri və çoxsaylı azarkeşlər coşqu ilə qarşılayıblar.


Stadium.az xəbər verir ki, Portuqaliyanın Odivellas şəhərində keçirilən və 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə əldə ediblər.100+ kq çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı, komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıblar. Bunlardan 100+ kq çəki dərəcəsində İlham Zəkiyev qızıl, 73 kq çəki dərəcəsində Ramil Qasımov qızıl, 66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl, 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva gümüş, 81 kq çəki dərəcəsində Rövşən Səfərov gümüş, 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar. Komanda yarışlarında isə millimiz final görüşündə Rusiya komandasına 3-2 hesabı ilə qalib gələrək 4-cü dəfə Avropanın ən güclü komandası adına layiq görülüb.

Yarışın nəticələrinə görə, paralimpiyaçı cüdoçularımız 5 lisenziya qazanaraq ümumi lisenziya sayını 7-yə yüksəldiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail