Şahmatçımız dünya reytinqində irəlilədi

01.12.2015 | 2213 dəfə oxunub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya reytinqində dörd pillə irəliləyib.

Stadium.az xəbər verir ki, qrossmeyster Beynəlxalq Şahmat Federasiyasının açıqladığı reytinq siyahısının dekabr versiyasında 16-cı yerdədir. Şahmatçı bir ay ərzində mövqeyini dörd pillə yaxşılaşdırıb.

Şəhriyar Məmmədyarov (2748) siyahıda Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Dmitri Yakovenko (Rusiya), Pental Harikrişna (Hindistan) və Maykl Adamsı (İngiltərə) geridə qoyub.

Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov (2726) 28-ci, Arkadi Naydiç (2698) 45-ci yerdədir. Dünya reytinqinin yüz ən yaxşı şahmatçısı siyahısı daha bir azərbaycanlı şahmatçı – Eltac Səfərli (2653) ilə başa çatır.

Kişilər arasında birinci yeri əvvəlki kimi norveçli Maqnus Karlsen (2834) tutur. Veselin Topalov (2803) ikinci yerdədir. Üçüncü yeri Vişi Anand (Hindistan) və Vladimir Kramnik (Rusiya) tuturlar. Onların reytinq göstəricisi eynidir: 2796.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail