Şahmatçılarımız favoritlər sırasında

02.12.2015 | 2404 dəfə oxunub

Dekabrın 19-dan 30-dək Qətərin paytaxtı Dohada şahmat mövsümünün mötəbər turniri olan “Qatar Masters Open-2015” keçiriləcək.

Stadium.az xəbər verir ki, doqquz turdan ibarət olacaq açıq turnirdə İsveçrə sistemi tətbiq ediləcək. İkinci dəfə start götürəcək “Qatar Masters” açıq turnirinin favoritləri siyahısında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da yer alır.

Digər ölkələrdən favoritlər arasında Norveçdən olan hazırkı dünya çempionu Maqnus Karlsen də var. Bundan başqa, turnirə hollandiyalı Aniş Qiri, ABŞ-dan Uesli So, rusiyalı Vladimir Kramnik və eləcə də ukraynalı şahmatçı Vasiliy İvançuk qatılacaq.

Mükafat fondu 130 min ABŞ dolları olan yarışda tanınmış qadın şahmatçılar da təmsil olunacaq. Birinci yerə 27 min, qadınlar arasında ilk mükafatçıya isə səkkiz min dollar veriləcək. Ən yaxşı 20 yaşlı gənc şahmatçı üçün min beş yüz dollar pul mükafatı nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail